Peterburqda 60 milyon dəyərində qızıl oğurlyan dəstə ilə polis atışdı – Şübhəlilər arasında azərbaycanlı da var



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Rusiyanın Sankt-Peterburq şəhərində yanvarın 31-də axşam saatlarında üç nəfər “Adamas” zərgərlik mağazasını yarıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə yerinə gələn polislə soyğunçular arasında atışma yaşanıb.

Maskalı və silahlı şəxslər mağazadan ümumi dəyəri 60 milyon rubl (təqribən, 1 milyon 820 min manat) olan 250 palet qızıl-zinət əşyası oğurlayıblar. Polis soyğunçuların avtomobilini dayandırıb, atışma baş verib. Soyğunçulardan ikisi ağır yaralanıb, polis çavuşu ayağından vurulub. Bir soyğunçu qaçmağa müvəffəq olub, hazırda onun tapılması üzrə şəhərdə əməliyyat keçirilir, bölgədə hərəkət məhdudlaşdırılıb.

Polis hücum edənlərin şəxsiyyətini müəyyənləşdirib.

Polislə atışmada Dağıstandan olan 37 yaşlı Abdulaqapov sinə və bel nahiyəsindən, Gürcüstandan olan 45 yaşlı Valeri Melnikov sağ çiynindən və sağ dirsəyindən güllə yarası alıb. Onlar xəstəxanaya çatdırılıblar.

Əməliyyatçıların məlumatına görə, qaçıb gizlənən üçüncü soyğunçu Azərbaycanda doğulub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanlı Sankt-Peterburqda zərgərlik mağazasını yarmaqda şübhəli bilinir

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp