Paytaxtda tikinti aparılması ilə bağlı yeni qanun qəbul edilməsi təklif edilir



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bakıda tikinti işlərinin aparılması ilə bağlı yeni qanun layihəsinin qəbul edilməsi təklif edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin deputatıZahid Oruc parlamentin iclasında bildirib ki, Bakıda bir çox istismar müddətini başa vurmuş binalar var:

“Bu binaların yerində yeni binalar tikmək istəyən iş adamları var, ancaq kim necə gəldi, gözəyarı qiymət qoyur və narazılıqlar yaranır. Hesab edirəm ki, bu məsələ ilə bağlı qanun qəbul edilməli və qanunla tənzimlənməlidir”.

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, bu məsələ ilə müvafiq icra orqanları məşğul olmalıdır.

O qeyd edib ki, hər məsələni Milli Məclisin üzərinə atmaq düzgün olmaz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp