Parlamentin Hesablayıcı və İntizam Komissiyaları yenidən təşkil edilir
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hesablayıcı və İntizam Komissiyalarının yenidən təşkil edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, İntizam Komissiyasının tərkibinə deputat Ağacan Əbiyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə daxildir.
Parlamentin Hesablayıcı Komissiyasının tərkibi isə belədir – Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Sədaqət Vəliyeva və Mixail Zabelin.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Milli.Az