Oqtay Əsədov deputatlara irad bildirdi
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deputatlara irad bildirib.
Milli.Az report-a istinadən xəbər verir ki, O.Əsədov deyib ki, bugünkü iclasda hər bir deputat gündəlikdən bir dəqiqə danışıb, müzakirələrə isə 9 dəqiqə vaxt ayırıb. Spiker bunun düzgün olmadığını bildirib: “Heç olmasa, gündəliyə aid olan məsələlərdən danışaq. Hər məsələni qaldırırıq, gündəlik kənarda qalır”.
Milli.Az