Müğənnilərin dil qüsurları ilə bağlı monitorinqə başlanıldı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Musiqi ifaçılarının ifasında, nitqində yol verilən dil qüsurları ilə bağlı monitorinqə başlanılıb.

Milli.Az xəbər verir ki, bunu report-a açıqlamasında AMEA Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva deyib.

O bildirib ki, hədəf müğənnilər deyil, ifa və ifadakı qüsurlardır: “Mahnıya qulaq asanda bilmək olur ki, ifaçı hansı bölgədəndir. Bu gün bizim müəllim olan xanəndələrimiz var, həmin müəllim çox təəssüf ki, özü hansı bölgədəndirsə, onun yetişdirdiyi tələbəsi də onun dil daşıyıcısı olur. Bunun aradan qaldırılması üçün televiziyalarda nəzarət mexanizmi olmalıdır”.

Şöbə müdiri qeyd edib ki, aşkarlanan dil qüsurları ictimaiyyətə açıqlanacaq: “Məqsədimiz dilimizi qorumaqdır. Dil məsələsi daim nəzarətdə olmalıdır, övladlarımızın dinlədiyi, böyüdüyü mahnıların dili bizim üçün vacibdir”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp