MSK sədri prezident seçkilərindən danışdı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Floreslə görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüşdə M.Pənahov rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq və xarici təşkilatlarlar, eləcə də dünyanın müxtəlif qitələrindən olan xarici ölkələrin diplomatik nümayəndəlikləri ilə sıx əməkdaşlığından söhbət açıb. O bildirib ki, beynəlxalq təcrübənin öyrənilməsi seçki praktikasının təşkmilləşməsində və hazırkı inkişaf səviyyəsinə çatmasında mühüm əhəmiyyət kəsb edir.

R.Labardini öz ölkəsindəki seçki prosesi haqqında ətraflı məlumat verərək Azərbaycanda keçirilən seçkilərlə maraqlanıb. Meksikalı diplomatın suallarını cavablandıran M.Pənahov ölkəmizin seçki sistemi haqqında ətraflı danışıb. MSK sədri, həmçinin diqqətə çatdırıb ki, bu il Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar Komissiya artıq seçki hazırlıqlarına başlayıb, ilkin mərhələdə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi gedir və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə bir sıra irimiqyaslı layihələr üzərində də iş aparılır.

Görüşdə, həmçinin qurumlararası əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp