Maskın şirkəti odpüskürən satışına başladı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Elon Maskın şirkəti odpüskürən satışına start verir.

Milli.Az technote.az-a istinadən bildirir ki, hələ keçən ilin dekabr ayında Elon Mask öz Twitter hesabında bildirmişdi ki, əgər onun “Boring Company” şirkəti 500.000 ədəd papaq sata bilsə həmin şirkət odpüskürən satışına start verəcək. Görünür, o heç də zarafat etmirdi. Belə ki, Reddit portalının istifadəçiləri aşkar ediblər ki, boringcompany.com/flamethrower ünvanına keçid edəndə istifadəçilərdən şifrə yığılması tələb olunur.

Həmin şifrə bölməsinə “flame” yazandan sonra isə istifadəçi odpüskürənin ön sifarişi ilə bağlı səhifəyə keçid edir və həmin səhifədə qiyməti 600$ olan odpüskürəni ön sifariş etmək mümkündür. Ön sifariş səhifəsində həmçinin qeyd olunub ki, odpüskürənin final versiyası prototipdən qat-qat yaxşı olacaq. Ön sifarişi etmiş şəxslər isə bu cihazı Aprel ayında əldə edəcəklər. Lakin çox təəssüfki bundan sonra səhifənin şifrəsi dəyişildi və istifadəçilər səhifəyə keçid etmək üçün hansı şifrənin istifadə olunduğunu tapmağa çalışırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp