Məleykə Əsədova Ramiz Məlikdən yenə şikayət etdi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Xalq artisti Məleykə Əsədova ilə xalq artisti Ramiz Məlik arasında məhkəmə çəkişməsi davam edir.

Milli.Az xəbər verir ki, M.Əsədovanın yeni vəkili Ceyhun Yusifov report-a açıqlamasında bildirib ki, Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib.

Müdafiəçinin sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən apellyasiya şikayətində müvəkkilinin 200 min manat məbləğində təzminatının təmin edilməsi istənilir.

C.Yusifov söyləyib ki, R.Məlik M.Əsədovanın şərəf və ləyaqətini təhqir etdiyi üçün hüquqi müstəvidə sona qədər mübarizə aparılacaq.

Qeyd edək ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib. O, Nəsimi Rayon Məhkəməsinə müraciət edərək həmkarından 200 min manat məbləğində təzminat istəyib.

R.Məlikin vəkili Türkel Süleymanlı da məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, M.Əsədovanın müvəkkilini təhqir etdiyini və buna görə 300 min manatlıq iddia qaldırdıqlarını söyləyib. Mülki iddia icraata qəbul edilib.

Lakin Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, hər iki iddia təmin edilməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp