İnsan emosiyalarını müəyyənləşdirən texnologiya hazırlanıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Yaponiyanın “Panasonic” korporasiyası tərəfindən təqdim edilmiş texnologiya müşahidə olunan insanların emosional vəziyyətini məsafədən müəyyənləşdirmək qabiliyyətinə malikdir. Yoxlanılan şəxsin sifətini təhlil edən qurğu onun emosional və qismən fiziki vəziyyətini dəqiq qiymətləndirə bilir: məsələn, qurğu insanın hirsli olması, yaxud üzülməsini müəyyənləşdirə bilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, iki kamera bir neçə əsas göstəricini (nəbz, göz qırpma tezliyi və sürətini, qaş və ağızın vəziyyəti, həmçinin insan bədəninin temperaturunu) kontaktsız qeydə alır: Sistem toplanmış nəticələrin analizi əsasında yaşanan emosiyaların tip və gücünü müəyyənləşdirir

Texnologiya, həmçinin kənar amilləri nəzərə alır: məsələn, insana soyuq  və ya isti olmasını, həmçinin yuxululuq dərəcəsini.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İnsan emosiyalarını müəyyənləşdirən texnologiya hazırlanıb

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp