Google Play-də yeni rekord qeydə alınıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“App Annie” tədqiqat firması 2017-ci ilin dördüncü rübündə “Google Play” və “Apple App Store” mobil proqram mağazalarının vəziyyəti üzrə statistika dərc edib. Məlumatlara əsasən, “Google” yüklənmiş proqramların sayına görə yeni dünya rekorduna imza atıb. Lakin “iOS” istifadəçiləri əvvəlki kimi daha çox pul xərcləməyə hazırdırlar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ötən ilin dördüncü rübündə “Google Play” mağazasından 19 milyard mobil proqram yüklənilib ki, bu da ötən illə müqayisədə 10% çoxdur. Qeyd etmək lazımdır ki, bu rəqəm yalnız yeni yükləmələrə aiddir. Bu artımı əsasən inkişaf etməkdə olan Hindistan bazarının yeni istifadəçiləri təmin ediblər. Hindistan, hətta 2017-ci ildə “Play Store” və “App Store” mağazalarında yükləmələr üzrə ABŞ-ı geridə qoyub.

2017-ci ilin dördüncü rübündə “App Store” mobil tətbiq mağazasında yükləmələrin sayı 7,7 milyard təşkil edib. Hərçənd bu göstərici “Google Play” ilə müqayisədə 145% azdır, amma “iOS” istifadəçiləri hesabat rübündə 95% daha çox pul xərcləyiblər. Belə ki, “App Store” mağazasının  gəliri 11,5 milyard dollar olduğu halda, “Google Play”də bu göstərici yalnız 5,9 milyard dollar təşkil edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp