“Etiraf edək ki, elmdə gəncləşmə istədiyimiz səviyyədə deyil”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Azərbaycanda həyata keçirilən dövlət siyasətinin birinci məqsədi gəncləri elmə gəlməyə həvəsləndirmək, ikinci məqsəd isə elmdə olan gənclərə dəstək verməkdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

Onun sözlərinə görə, şagirdləri elmə gəlməyə həvəsləndirmək məqsədilə bir çox müsabiqələr keçirilir.

Hazırda Azərbaycanda gənclər siyasəti üzrə sayca 3-cü – “Azərbaycan gəncliyi 2017- 2021-ci illərdə” Dövlət Proqramının icra olunduğunu deyən İ.Babayev bildirib ki, bu gün ölkədə bütün sahələrdə gəncliyin inkişafı prioritetdir: “Etiraf edək ki, elmdə gəncləşmə istədiyimiz səviyyədə deyil. Ancaq aparılan dövlət siyasəti nəticəsində gənclər elmə həvəslə gəlirlər”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp