Cocuq Mərcanlıda yeni yem emalı məntəqəsi açılacaq



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) fevralın 2-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni yem emalı məntəqəsinin açılışını edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeni yem emalı və toxum təmizləmə məntəqəsi Cocuq Mərcanlı və ətraf kənd sakinlərinə mal-qara üçün yem hazırlamağa kömək edəcək. Yem emalı məntəqəsi açılmamışdan öncə sakinlərin əksəriyyəti çox hallarda baha başa gələn yemi almaq üçün ən yaxın məntəqəyə uzun yol qət etməli olurdular. İndi isə yerli sakinlər yemi münasib qiymətə öz icmalarında əldə edə biləcəklər. Bu yeni məntəqə Cocuq Mərcanlı və ətraf üç kəndin maldarlıq və kənd təsərrüfatı ilə məşğul olan 3100-dən çox sakinin vaxtına, puluna və enerjisinə qənaət etməyə kömək edəcək.

Həmin yem emalı məntəqəsini tikmək ideyası USAID-in missiya direktoru Mikaela Meredisin 2017-ci ilin fevral ayında Cocuq Mərcanlı kəndinə səfərindən sonra kənd sakinlərinin özlərindən gəlib. Yerli icma üzvləri mümkün variantları və faydaları müzakirə edib yem emalı məntəqəsini tikmək qərarına gəlmişdilər. Bu layihə ABŞ və Azərbaycan hökumətinin birgə maliyyələşdirməsi ilə Şərq-Qərb İdarəçilik İnstitutu (EWMI) tərəfindən həyata keçirilib.

Qeyd edək ki, Cocuq Mərcanlıda həyata keçirilmiş layihə ABŞ-ın azərbaycanlılarla, o cümlədən məcburi köçkünlərlə onların firavanlığı və rifahı istiqamətində davamlı işinin bir çox nümunələrindən biridir. 2011-ci ildən ABŞ və Azərbaycan 100 müxtəlif icmada 113 icma infrastruktur layihəsini tamamlayıblar. Bu layihələrdən məcburi köçkünlər də daxil olmaqla 183 minə yaxın insan faydalanır. 2003-cü ildən Birləşmiş Ştatlar məcburi köçkün uşaqlarına da xidmət edən 16 məktəbin tikintisinə və məcburi köçkünlərin yaşadığı icmalarda 3 su layihəsinə 5.5 milyon dollar xərcləyib. Bu günə qədər ABŞ hökuməti Azərbaycanda məcburi köçkünlərə yardım qismində 125 milyon dollardan artıq vəsait xərcləyib.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp