Bu iyrənc kadrlar Abşeronda çəkildi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Abşeron rayonunda göl qırağına xeyli sayda at cəmdəyi atılıb. Atan şəxs və şəxslərin kimliyi isə məlum deyil. Ətrafı üfunət bürüdüyündən bu məsələ yaxınlıqda yaşayan sakinləri narahat edir. Artıq rayon baytarlıq idarəsinin əməkdaşları əraziyə baxış keçiriblər və təqsirkar şəxslərin tapılması üçün polisə müraciət olunacaq.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, naməlum şəxslər at cəmdəklərini gölün qırağına atıblar.

Nəticədə də ərazidə antisantariya yaranıb.Üfunət yaxınlıqda olan evlərə vurur.

Bura Abşeron rayonunun 28 may qəsəbəsində yerləşən gölün kənarıdır. Yaxınlıqda yaşayan sakinlər bildirir ki, xüsusəndə axşam saatlarında müəyyən şəxslər ölmüş at cəmdəklərini avtomobilə gətirərək gölün kənarına atır. Onların sözlərinə görə, bu hal uzun müddətdir davam edir.

Abşeron rayon baytarlıq idarəsinin əməkdaşları da əraziyə baxış keçirdilər.

Baytarlıq İdarənin rəisi Tahir Abdullayev bildirdi ki, əməkdaşları tərəfindən yaranan antisantariyanın qarşısı alınacaq.

Qeyd edək ki, təqsirkar şəxslərin tapılması üçün artıq polisə müraciət olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Bu iyrənc kadrlar Abşeronda çəkildi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir