“Bu gün çox sayda elmlər doktorunun faydası yoxdur”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Bu gün çox sayda elmlər doktoru var, amma çoxunun faydası yoxdur. Gərək elmin nəticəsindən cəmiyyət, dövlət xeyir görsün. Əgər dövlət və cəmiyyət həmin elmlər doktorlarının fəaliyyətdən bəhrələnmirsə, bunun əhəmiyyəti yoxdur”.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu yeni Azərbaycan Partiyası İcra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

O qeyd edib ki, burada söhbət fərdin cəmiyyət üçün verdiyi xeyirdən gedir: “Əgər biri yaxşı elektrik olmasa, onu heç kim işə qəbul etməyəcək. Biri yaxşı bənna olmasa, onu heç bir tikinti şirkəti işə qəbul etməyəcək. Halbuki bu tip peşələr üçün birinci dərəcə və ən yüksək əmək haqqı ilə tələb olunur”.

Deputat təəssüflə bildirib ki, SSRİ-nin dağılmasından sonra SOCAR istisna olmaqla, bu cür mütəxəssislər yetişdirilmir: “Ona görə hesab edirəm ki, bu sahədə hazırlanmış qanun vacib və zəruridir. Biz sözügedən qanuna səs verib onu qəbul etsək, peşə təhsili ali təhsillə rəqabətə girər”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp