Brilliant Dadaşovanın müğənni bacısı gömrükdə saxlanılıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Space telekanalında yayımlanan “Nahara qədər” verilişinin bugünkü qonağı xalq artisti Brilliant Dadaşovanın müğənni bacısı Lalə Dadaşovadır.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, aparıcı Sevinc Əliyeva müğənni ilə bağlı ilginc açıqlamalar verib. O, sənətçinin Çexiyadan gələndə gömrükdə saxlanıldığını bildirib:

“Lalə əlində torbalarla gələndə, onu gömrükdə saxlayıblar ki, “aç sumkaları baxaq”. Camaat pal-paltar, ayaqqabı, cer-cehiz, bahalı xalı-xalça gətirər, bu da xırda muncuqlar gətirib”.

Müğənni aparıcının sözünü təsdiqləyib:

“Düz deyirsən, onda qıtlıq idi, indi mağazalarda hər şey var. Mən o muncuqları gətirirdim ki, paltarlara düzüm. Ancaq sumkalarda yox, qutularda gətirirdim”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp