Bakıda sərxoş sürücü qəza törədib, yaralananlar var



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Milli.Az “Report”a istinadən bildirir ki, 1992-ci il təvəllüdlü Emin Səfərəliyev sərxoş vəziyyətində “VAZ-2106” markalı avtomobil ilə hərəkətdə olarkən sürət həddini aşıb və qəfil idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb. Sürücü E.Səfərəliyev və sərnişin 1992-ci il təvəllüdlü Elçin Babayev xəsarət alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Suraxanı Rayon Polis idarəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp