Bakıda ər arvadına 6 bıçaq zərbəsi vurub



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az “Report”a istinadən bildirir ki,1989-cu il təvəllüdlü Babazadə Şahnun Şahin qızı Zərdabi küçəsində yaşadığı evin həyətyanı səhəsində ərinin bıçaqla hücumuna məruz qalıb. Nəticədə qadın 6 bıçaq zərbəsi alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, bıçaq Ş.Babazadənin mədə və qaraciyərini deşib.

Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp