“Bağın hər hektarına görə 50 manat subsidiya verilir”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Milli.Az Kənd Təsərrüfatı Nazirliyi Bitkiçilik şöbəsinin müdir müavini Seymur Səfərlinin Azernews-a müsahibəsini təqdim edir.

– Şabalıd ölkənin hansı regionlarında yetişir?

– Şabalıdın əkin sahəsi 2016-cı ildə 391.7 ha (yeni salınmış bağlar 11,3 ha), istehsalı 763.4 ton, məhsuldarlığı 20.5 sen/ha.

– Şabalıdın yetişdirilməsində hansı region liderlik edir?

– Əsasən, Şəki-Zaqatala bölgəsində becərilir (380 ha). Az miqdarda Quba (9 ha) və İsmayıllı (1 ha) rayonlarında mövcuddur. Ən çox Qəbələ rayonundadır (214 ha) sonra Zaqatala (60 ha), Şəki (45 ha) Oğuz (35 ha) və s.

– Ölkədən bu çərəzi ixrac etdiyimiz ölkələr hansılardır?

– Əsasən, qabıqlı və qabığı təmizlənmiş halda Türkmənistan və Rusiya Federasiyasına ixrac edilir (DSK-nın 11 aylıq məlumatına əsasən 0.6 ton və ya 1300 ABŞ dolları dəyərində).

– Bu çərəzi idxal etdiyimiz ölkələr varmı?

– Əsasən, qabıqlı və qabığı təmizlənmiş halda Çin və Türkiyədən idxal edilir (DSK-nın 11 aylıq məlumatına əsasən 168.7 ton və ya 305.4 min ABŞ dolları dəyərində).

– İxracın çoxalması üçün hansı tədbirlər görülür?

– Şabalıd istehsalı ilə əlaqədar hər hansı dövlət dəstəyi nəzərdə tutulmamışdır. Yalnız bağın hər hektarına görə yanacaq motor yağlarına görə 50 manat subsidiya verilir, həmçinin bağlarda istifadə olunan gübrələrin və pestisidlərin dəyərinin 70 %- (gübrələr üzrə hektara 100 manat, pestisidlər üzrə hektara 10 manat həddində) dövlət tərəfindən qarşılanır.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp