“Azur Air”in təyyarəsi təcili eniş edib



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Rusiyadan Kubaya reys edən “Azur Air” aviaşirkətinin sərnişin təyyarəsi ABŞ-ın Atlantik-Siti şəhərində təcili eniş edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə aviaşirkətin ictimaiyyətlə əlaqələr üzrə direktoru Anastasiya Matyuşına bildirib.

A.Matyuşına deyib: “Moskva (Rusiya) – Varadero (Kuba) marşrutu üzrə həyəta keçirilərkən ZF 555 reysinin heyət üzvləri yüksək yanacaq sərfiyyatını müəyyən edib. Komandir ehtiyat aerodromda eniş etmək qərarı qəbul edib”.

Qeyd edilir ki, təyyarədə 294 sərnişin və 14 heyət üzvü olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp