Azərbaycan ÜST-ün yeni proqramına qoşuldu



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Səhiyyə Nazirliyinin dəstəyi və razılığı ilə Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Dərman Vasitələrinin Monitorinqi proqramına qoşulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) milli farmakonəzarət mərkəzi olaraq təyin edilib. AEM proqramın icrasına məsul olan “Uppsala Drug Monitoring” Mərkəzi ilə əlaqələr qurub və proqramın icrasına başlayıb.

2017-ci ildə AEM-in Farmakonəzarət Sektoru fəaliyyətə başlayıb. Sektor Proqramın icrası üçün tələb olunan normativləri yerinə yetirib. AEM Milli Farmakonəzarət Mərkəzinin fəaliyyətində bütün tələblərin yerinə yetirilməsi üçün şərait yaradıb.

Mətbuat xidmətindən verilən məlumatda qeyd olunur: “Ötən dövr ərzində “Uppsala Drug Monitoring” Mərkəzinin “Vigiflow” Programı alınmış, Azərbaycanda olan dərman vasitələrinin əlavə təsirlərinin proqram vasitəsilə Uppsala “Drug” Monitorinqin “Vigibase” – dünya dərman vasitələrinin əlavə təsirləri bazasına göndərilməsinə başlanılmışdır. Sektorun əməkdaşları sahə üzrə müvafiq beynəlxalq treninq kurslarda iştirak etmiş və təcrübələrini artırmışlar.

Bütün görülən işlərin nəticəsi olaraq, Azərbaycanın 2018-ci il yanvar ayının 23-də ÜST tərəfindən Beynəlxalq Dərman Vasitələrinin Monitorinqi Programının 130-cu tam hüquqlu üzvü olması təsdiq edilmişdir. AEM Azərbaycan Respublikasının Milli Farmakonəzarət Mərkəzi olaraq dərman vasitələrinin təhlükəsizliyi və effektivliyi üçün tələb olunan bütün işləri icra edir və sahə üzrə beynəlxalq əməkdaşlığını genişləndirir”.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp