“Azərbaycan torpaqlarının işğalı ilə bağlı qanun layihəsi hazırlanmalıdır”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qanun layihəsi hazırlanmalıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin yaz sessiyasında deputat Rövşən Rzayev çıxış edib.

R.Rzayev ermənilərin Strasburqda AŞ PA-nın qış sessiyası çərçivəsində Dağlıq Qarabağın işğalının 30 illiyini “Demokratik Dağlıq Qarabağ hərəkatı” adı ilə təqdim etdiyini diqqətə çatdırıb.

Millət vəkili bunu Azərbaycana qarşı ikili standartlar kimi qiymətləndirib. O təklif edib ki, bu məsələ ilə bağlı ATƏT-in Minsk qrupunun üzvü olan ölkələrə ayrı-ayrılıqda müraciət edilsin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp