“Azərbaycan gənclərinin potensialı çox böyükdür”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Azərbaycan gənclərinin potensialı çox böyükdür.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov 2 fevral – Gənclər Günü ilə bağlı keçirilən tədbirdə deyib.

Ə.Əhmədov bildirib ki, gənclər ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməlidirlər.

O, gəncləri sosial şəbəkədə fəal olmağa səsləyib: “Gənlərimiz hakim partiyanın layiqli davamçılarıdırlar. Gənclərimiz ölkənin şərəfinin qorunmasında sosial şəbəkənin imkanlarından istifadə etməlidirlər. Eyni zamanda, gənclər sosial mesajların cəmiyyətə çatdırılması üçün fəal olmalıdırlar. Əminəm ki, gənclər 2018-ci ilin onların qarşısında qoyduğu hədəflərin öhdəsindən uğurla gələcəklər”.

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycanda gənclər üçün hər cür şərait yradılıb.

Qeyd edək ki, bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 2017-ci ilin yekunlarına və 2 fevral – Gənclər Gününə həsr olunmuş tədbiri keçirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp