“ATƏT həlli uzanmış münaqişələrin nizamlanması üçün istənilən şəraitin yaradılmasına kömək edəcək”
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
“ATƏT həlli uzanmış münaqişələrin nizamlanması üçün istənilən şəraitin yaradılmasına kömək etmək niyyətindədir”.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Ancelino Alfano rusiyalı həmkarı Sergey Lavrov ilə birgə mətbuat konfransında deyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə italiyalı həmkarı Ancelino Alfano ilə birgə mətbuat konfransında bildirib ki, ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün birgə aktiv fəaliyyətini davam etdirəcək.
Milli.Az