Aşıq Əliyə AĞIR İTKİ – Bir müddət oxumayacaq



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Aşıq Əli Tapıq oğlu bir müddət efirlərdə mahnı oxumayacaq.

Milli.Az xəbər verir ki, bu barədə “Hər şey daxil” verilişində məlumat verilib.

Sənətçi yaxın dostunu itirdiyini bildirib. Bunun üçün bir müddət yasda olacağını deyib:

“Bir müddət efirlərdə oxumayacam. Özümdə ifa etmək ruhu hiss etmirəm. Bizim sənətdə ruh lazımdır. İnsanın daxilindən gərək vəh gəlsin. Adam var deyir ki, hallı oluram. Bəzisi içkidən, bəzisi başqa şeydən hallanır. Mənim hallanmağım oxumaqdandır. Mən musiqi ilə hallanıram. Mənim üçün təb önəmlidir. Bəzən elə yerdə otururam ki, kef gəlir oxuyuram. Baxmıram ətrafımda kim var. Mən musiqi xəstəsiyəm”.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp