Ağdaşda inzibati binada yanğın
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Ağdaş rayonu, Mürsəl kəndində ümumi sahəsi 425 m2 olan inzibati binada 2 otağın və dəhlizin yanar konstruksiyaları 57 m2 sahədə yanıb, yüksək temperaturdan foyenin lambirdən ibarət tavanı 56 m2 sahədə əriyib.
Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə. binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Milli.Az