Açıq məkanda reklamları icazəsiz dəyişdirənlər cərimələnəcəklər



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə olunması müzakirə olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, təklif edilən 395.0.7-ci maddəyə əsasən, “Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan ölçülərindən asılı olmayaraq, açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına və onlara konstruktiv dəyişikliklərin edilməsinə” görə cərimələr müəyyənləşdirilir.

Buna görə fiziki şəxslər 300 manatdan 500 manata, vəzifəli şəxslər 1500 manatdan 2500 manata, hüquqi şəxslər isə 10 000 manatdan 15 000 manata qədər cərimələnəcəklər.

Layihə səsə qoyularaq qəbul edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp