Abşeronda işdən evə gələn kişi yolda bıçaqlanıb
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Abşeron rayonunun Digah qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Milli.Az “Report”a istinadən bildirir ki,1980-ci il təvəllüdlü Qasımov Elsəvər Tahir oğlu işdən evə gələrkən yolda tanışı ilə mübahisə edib.
Əlbəyaxa dava zamanı tanışı ona bir neçə bıçaq zərbəsi vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, yaralı cərrahi əməliyyat olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin