ABŞ və Avropa “üçlüyü” İranın nüvə proqramına dəyişiklik edəcək



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

ABŞ və Avropa “üçlüyü” (Böyük Britaniya, Almaniya, Fransa) may ayınadək İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli İş Planına dəyişikliklər işləyib hazırlayacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Stiven Qoldsteyn bəyan edib.

“Artıq işçi qruplar yaradılıb. Biz sazişi daha əsaslı etməyə çalışacağıq. Bununla bağlı işlər mayın sonunadək yekunlaşmalıdır”, deyə S.Qoldsteyn qeyd edib.

Onun sözlərinə, görə işçi qrupun ilk görüşü ötən həftə Londonda baş tutub.

Qeyd edək ki, İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” – Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp