Manatın məzənnəsi dəyişə bilər – Proqnoz

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanda yanvardan dollara tələbat artmağa başlayıb. Dövlət Neft Fondu (ADNF) 2024-cü ilin yanvarında 417 milyon ABŞ dolları məbləğində vəsait satıb. Ötən ilin eyni ayında Fond 2.2 dəfə az və ya 188.5 milyon ABŞ dolları satmışdı.Son hərrac istisna olunmaqla fevralın birinci yarısında da bu proses davam edib.

Fevralın 13-də Mərkəzi Bank (AMB) ABŞ dollarına tələbin ciddi artımı ilə yadda qalan valyuta hərracı keçirib. Bankların sifarişləri rekord məbləğdə – 151.1 milyon dollar təşkil edib. Bu, öncəki (8 fevral) hərracdakından 2.5 dəfə çox idi. Ötən gün, fevralın 15-də tələbat nisbətən azalıb. Təkcə bu ayın ilk 15 günündə hərracda düz 474.8 milyon dollar əl dəyişdirib.

Bəs dollara tələbin artması fonunda manatın məzənnəsi necə dəyişəcək?

Metbuat.az Referans.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, fevralın 13-də keçirilən hərracda 150 milyon dollardan artıq sifarişin olması ciddi bir rəqəmdir:

“Yanvar və fevral aylarında dollara tələbin artması müşahidə olunur. Son hərraclarda da tələb kifayət qədər yüksək olub, hətta nəzərə alsaq ki, fevralın 13-də keçirilən hərracda 150 milyon dollardan artıq sifariş var idi, bu da təbii ki, tələbin artmasını göstərən faktordur. Tələbin artmasında həm iqtisadi, həm də psixoloji faktorlar təsir göstərir. Azərbaycan idxalının artması xarici valyutaya tələbi artırıb. 2023-cü ilin yekunları, eləcə də yanvar ayındakı müşahidələr göstərir ki, idxalda artımlar davam edib. Bu da təbii ki, dollara tələbi artırır”.

Deputat qeyd edib ki, qonşu ölkələrdə milli valyutaların məzənnəsinin aşağı düşməsi də psixoloji olaraq valyuta bazarına təsir göstərir. Onun sözlərinə görə, növbəti dövrlərdə manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq: “Azərbaycan üzən məzənnə rejiminə keçməyib. Mərkəzi Bankın intervensiya, eləcə də sterilizasiya imkanları var. Buna görə də, məzənnə Mrəkəzi Bank tərəfindən müəyyənləşdirildiyi üçün bu nəticə etibarilə bazarın təsirlərini xeyli dərəcədə minimumlaşdırıb.

Məsələ ilə bağlı danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, manatın məzənnəsi üçün ciddi bir təhlükə yoxdur, lakin yaxın zamanda bu barədə bir qərar qəbul olunmaldır:

“Cari şəraitdə manat üçün hansısa bir təhlükənin olduğu real deyil. Çünki makroiqtisadi mühit hazırda manatı möhkəmləndirəcək istiqamətdədir. Ötən ilin sonundan başlayan artım tempi hələ də davam edir və bu da haklı olaraq ictimaiyyətin marağındadır. Nəzərə alsaq ki, iqtisadiyyatın yanvar ayında böyüməsi baş verir, bu zaman dollara tələbin artması əslində normal qəbul edilməlidir. Bu artım heç də yerli resurslar hesabına baş vermir, burada dövlət idxalının artması tempi də təsir göstərir. Eyni zamanda şirkətlərin xarici öhdəliklərini yerinə yetirməsi ilə əlaqədar ilin əvvəlində müəyyən alışlar etməsi müşahidə olunur ki, bu da dollara tələbi artıran əsas səbəblərdəndir”.

Ekspert qeyd edib ki, Azərbaycanın valyuta bazarı kiçik bir bazar olduğu üçün hər hansısa bir şirkət ay ərzində valyuta alışlarını artırsa, bu artıq bizim bazarda müəyyən bir həyəcan yaradır. Onun sözlərinə görə, bu müvəqqəti bir dövrə aid faktorlardır: “Uzunmüddətli dövürdə hökumət və ya Mərkəzi Bank hər hansı qərar qəbul etməsə, bu gün Azərbaycan manatını ucuzlaşdıracaq dərəcədə heç bir faktor və ya təhlükəli vəziyyət yoxdur. Amma hökumətin bununla bağlı hansısa qərarlar verəcəyi ehtimal olunur”.

Üzən məzənnə rejiminə keçirilərsə, hətta Azərbaycan manatı müddətlik rəqabəti azalsa da, sonrakı dövrlərdə möhkələnəcək, çünki faktiki olaraq bazarda valyuta tələbi təkliflə müqayisədə hər zaman aşağı olub – deyə Rəşad Həsənov əlavə edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu