Yerə düşən yemək yeyilə bilərmi?



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bəzi insanlar hesab edir ki, yerə düşən hər hansı bir yemək beş saniyədən çox yerdə qalmadığı müddətdə yeyilə bilər. Bəs, bu nə qədər doğrudur, yerə düşən yeməyi yeyə bilərikmi? Bu problemin elmi bir cavabı var.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, yerə düşmüş bir yeməyə hücum etmək üçün gözləyən bakteriya sürüləri yoxdur. Bu bakteriyalar onsuz da hər tərəfimizi əhatə edir. Yeni silinmiş yerdə belə, bakteriyalar var.

Elm insanları, yerə toxunduğu anda yeməyin çirkləndiyini söyləyir.

2015-də aparılan bir araşdırmaya görə, evlərdəki toz-çirk içində 9 min fərqli növ mikrob canlı tapmaq mümkündür. Bunların 7 minini bakteriyalar meydana gətirir; amma çoxu zərərsizdir. Bu bakteriyalar hər tərəfimizdədir: əllərimizdə, üzümüzdə, evimizdə. Tökülən dərimiz, tənəffüs etdiyimiz hava bakteriya ilə doludur.

Çikaqo Universitetindən mikrob mütəxəssisi Cek Gilbert deyir: “Mikroorqanizmlərdən qaçmaq mümkün deyil. Əslində bir bakteriya dənizi içində yaşayırıq”.

Araşdırmalar, hər fərdin bir saat ərzində 38 milyon bakteriya hüceyrəsi saldığını göstərir.

NƏ VAXT YEYƏ BİLƏRİK?

Gilbert həmçinin deyir ki, ətrafın normal ölçülərdə təmiz olduğu vəziyyətdə yerə düşən bir yeməyi götürüb yemək olar, lakin əgər mikrob mənbəsinə düşübsə olmaz.

Amma evdə biri xəstə varsa, ya da gigiyena qaydalarına çox uyğun olmayan bir ölkədəsinizsə, bunun etibarlı olmayacağını bilmək lazımdır.

Ətrafımızda əlbəttə bəzi xəstəlik yaradan mikroblar da var. Amma bu mikrobun yerdə olması demək deyil, böyük ehtimalla mətbəxdə, ya da qapı qollarında olması deməkdir. Yəni yerə düşən yeməyi yeyib yeməmənizdən müstəqil olaraq xəstələnə bilərsiniz.

Əslində ümumi xəbərdarlıqlar burada da etibarlıdır. Məsələn, yerdə Salmonella virusu varsa, düşən yeməyi yemək sizi xəstə edə bilər.

2006-da aparılan bir araşdırmada, yerə düşən yeməyin yerdə beş saniyə qalması halında, bu virusun bulaşma ehtimalının bir dəqiqə qalmasına nisbətlə daha az olduğu görüldü.

Bakteriya dünyası ilə aramızda sehrli bir baryer yoxdur; ən etibarlı təmizlik belə onları bizdən uzaq tuta bilməz.

Əslində mikrob dünyasıyla kontakt halında olmaq bir az da faydalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp