Suriyadan Türkiyəyə raket atıldı, 17 yaşlı qız öldü



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bu gün Afrindən Türkiyənin Hatay şəhərinin Reyhanlı qəsəbəsinə 2 raket atılıb.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, raketlərdən biri evə düşüb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

YPG-li terrorçuların Afrindən atdığı raketin evə düşməsi nəticəsində ölən şəxs 17 yaşlı qızdır.

Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşınları və polislər cəlb edilib. Yaralı xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatının başladığı gündən Kilisə 20 raket atılıb, 2 nəfər ölüb, 21 nəfər yaralanıb.

Bəxtiyar Umarlı

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp