Şəhriyar Məmmədyarov FİDE reytinqində ikinci pilləyə yüksəldi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2018-ci ilin ilk reytinq siyahısını açıqlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ötən ayla müqayisədə 1 pillə irəliləyib.

33 yaşlı şahmatçı xallarını 2814-ə çatdıraraq 2-ci pilləyə yüksəlib. Hazırda o, birinci pillədəki norveçli dünya çempionu Maqnus Karlsendən 29 xal geri qalıb.

Azərbaycanın digər təmsilçilərinə gəldikdə, Teymur Rəcəbov 2748 xalla 18-ci, Rauf Məmmədov 2709 xalla 40-cı, Arkadi Naydiç isə 2705 xalla 41-cidir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp