“Oyan Azərbaycan” Ümumxalq İnternetsiz günü qeyd etdi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bu şənbə səhəri “Oyan Azərbaycan” bir birindən maraqlı süjetləri və qonaqları ilə səhərimizi pozitivə köklədi. 27 yanvar İslandiyada Günəşli qəhvə günüdür. Billurə Mikayıllı qəhvənin faydalarından eyni zamandan zərərlərini araşdırdı. Türk ustalar isə canlı efirdə əsl türl qəhvəsi dəmləyi öyrətdi.

Heydər Rəsulzadənin “Məşqə gecikirəm” rubrikasının bu dəfəki çempion qəhrəmani Cumari Muradov oldu.

Orxan Əliyəv dostlarını “Niyə də yox” layihəsində bir araya topladı. Ona isə bu işdə Xəzər Tv və bizim komanda ilə yanaşı Gənclər Fondu da dəstək oldu.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Layihələr və regionlarla iş sektorunun müdiri Orxan Ərəbov və bizim aktiv və pozitiv əməkdaşımız Orxan Əliyev qonağımız oldu.

Kafiyə Orucova “BALALAR BİLİRMİ” rubrikasında  Futbol oynamaqdan danışdı.

Son zamanlar whatsapp-lara atılan xəbərdarlıq dolu naməlum səslər şayiə yayılıb. Guya ki, şəhərimizin bəzi məktəblərinin qarşısında uşaqlara konfet şəklində paylanan narkotik maddə şagirdləri zəhərləyib. Araşdırmamız zamanı məlum oldu ki, belə bir hadisə baş verməyib bu sadəcə şayədir. Elə  Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov da bu məsələyə  açıqlama gətirib.

Bu gün Latviyada Etiraf günüdür. Əslində bu gün onların müstəqillikləri ilə bağlı bir bayramdır. Çünki məhz 1921-ci ilin bu günü bir çox ölkələr Latviyanın müstəqilliyini qəbul etdiklərini etiraf ediblər. Vasif Həsənov də Etiraf günü olduğunu eşidən an mikrafonu götürüb qaçdı şəhərə ki, şəhər sakinlərini etiraf etdirsin.

Bu gün İslandiyada həyat yoldaşı günüdür.  Bu günün əsas məqsədi ərlərə daha çox diqqəti artırmaq və onları təbrik etməkdir. Sevinc Şirinova öz süjetində idel həyat yoldaşını açıqladı.

Heydər Rəsulzadə “Kəndçi” rubrikasında QAX-da Qum məbədini araşdırarkən Vasif Həsənov Venesiya karnavalından danışdı.

Hər bazar olduğu kimi bu bazar da “Oyan Azərbaycanda” musiqli qonaqlar günüdür. Tanınmış ifaçı Pərviz Bülbülə populyar mahnıları ilə efirə başladı.

Bu gün Ümumxalq şəxsi məlumatlarımızın qorunması günüdür.  Bəzi ölkələr bu günü “Gizlilik günü” kimi də qeyd edir. Aparıcı Firuzə Cəlilova qonağı ilə bununla bağlı söhbət etdi

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz qonağımıza oldu. Osman Gündüz şəxsi hesablarımızı necə qoruya biləcəyimiz haqqında danışdı və çıxış yolunu anlatdı.

Müxbir Sevinc Şirinova isə saxta profilləri araşdırıb saxta profillərdən qorumaqdan danışdı.

Bu gün həmdə Ümumxalq İnternetsiz günüdür. Günün əsas məqsədi insanları internetdə bir günlük də olsa çəkindirməkdir

Kafiyə Orucova bizə həm Ümumxalq İnternetsiz gün haqda məlumat verdi. Həm də şəhər sakinlərinin fikrini öyrəndi. Onlara internetsiz nə qədər dayana biləcəklərini soruşdu.

Digər qonağımız isə İnstagram-da geniş izlənmə kütləsi toplayan viner Rəsul Abbasov və gənc müğənni Vəfa Şərifova oldu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp