Neymar: “Futbolun darıxdırıcı olmağa başladığını düşünürəm”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Fransa Kubokunun yarımfinal mərhələsində keçirilən “Renn” – PSJ (2:3) qarşılaşmasında Neymar qol vurmasa da, başqa hərəkəti ilə yadda qalıb. Oyunun sonlarında braziliyalı ulduz rəqib futbolçunu yerdən qaldırmaq üçün əlini uzadıb, sonra onun əlini tutmasına imkan verməyərək geri çəkib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu səbəbdən referi Mikael Lesajdan sarı vərəqə alan “sambaçı” oyundan sonra hərəkətinə aydınlıq gətirib.

– Düşünürsənmi ki, hakimlər sənə daha çox güzəşt etməlidir?

– Məncə, belə olmalıdır. Futbolun darıxdırıcı olmağa başladığını düşünürəm, meydanda başqa hərəkət edə bilmirik. Hər şey mübahisəlidir. Rəqib futbolçu ilə zarafatlaşmaq üçün əlimi ona uzatdım, sonra tez çəkdim. Bunu şişirdəcək, cəfəngiyyat danışmağa başlayacaqlar. Bu hərəkəti dostlarıma, həmkarlaıma edirəmsə, nəyə görə rəqibə edə bilmərəm? Onunla oyun ərzində çox danışdıq. Sonda mən güldüm. Bir-birimizə qarşı oynamağa davam etdik. Bu, zarafatdır. Lakin onu yersiz sayacaqlar. Buna görə bəzən futbolun cansıxıcı olduğunu deyirəm.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Neymar:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp