Moskvada 20-dən çox reys təxirə salınıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Moskvanın bir neçə hava limanında ümumilikdə 20-dən çox reys təxirə salınıb və ya yubanır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Şeremetyevo hava limanında 3 reys təxirə salınıb, 11 reysin uçuşu isə ləngiyir.

Domodedovo aeroportunda 8 reysin təxirə salındığı varədə məlumat verilib.

Məlumata görə, Vnukovo hava limanında isə 1 reys təxirə salınıb, 3 reys yubanır.

Moskva aeroportlarını iflic edən isə qeyri-sabit hava şəraitidir. Qeyd edək ki, Moskvada ötən gecədən başlayaraq güclü qar yağır. Sinoptiklər qarın bu gün ərzində də yağacağını proqnozlaşdırırlar.

Qeyd edək ki, Rusiya paytaxtından ölkəmizə, eləcə də ölkəmizdən Moskvaya olan reyslərdə problem yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp