“Mitsubishi” 16 mindən çox avtomobili geri çağırır



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Mitsubishi” şirkəti Rusiyada 16,5 mindən çox avtomobili geri çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu qərar avtomobillərdə öndə oturan sərnişinin təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2013-cü ilin aprelindən 2016-cı ilin fevralınadək satılmış “i-MiEV” və “Pajero” modellərinə şamil olunur.

Bildirilir ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp