Milyonluq villasında çəkilişə yox deyən əməkdar artist: Ağzıma yiyə durmalıyam



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bir neçə gün öncə “Evdəkilərə salam” verilişinin əməkdar artist Yusif Mustafayevin qonağı olduğu barədə məlumat vermişdik.

Milli.Az xatırladır ki, saray kimi villasını illərdir mediadan gizlətməyə çalışan Yusif Mustafayev öncə “5/5”, daha sonra “Evdəkilərə salam” verlişinin istəyini ürəyində qoyub.

Ötən gün “5/5” verilişində qonaq olan əməkdar artistə “Mənə icazə vermədin evini çəkim. Amma gördüm ki, Aytəkin xanımın verlişində (“Evdəkilərə salam”) evini çəkiblər” deyən Zaura redaktor çəkilişin Yusif Mustafayevin oğlunun evində çəkildiyini deyib. Müğənni çəkilişin oğlunun evində aparılması istəyini “Oğlumun həyətindən gözəl panorama var. Onun üçün Aytəkin xanım da elə orada çəkilişin aparılmağını istədi” sözləri ilə izah edib.

Zaurun “Suallarım var sizə” sözlərinə Yusif Mustafayev “Əsas odur ki, ağzıma yiyə durmalıyam” cavabı ilə diqqət çəkib.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp