Məşhur aktyor: “Evdə arvadımın sözü keçir”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Ssenarisini Gülse Birselin yazdığı “Jet sosyete” serialı ilə qayıtmağa hazırlaşan Sarp Apak evdə həyat yoldaşının sözünün keçdiyini etiraf edib.

Milli.Az xəbər verir ki, aktyor dünən “Hadi Be” verilişinin qonağı olub. Keçən il ailə quran kino ulduzu şəxsi həyatı haqqında mçaraqlı açıqlamalar verib:

“Evlənmək üçün 35 il gözlədim! Axtardığım insanı tapdım, sevincimin hədd-hüdudu yoxdur, maşallah. Tezliklə ata olmaq istəyirəm. Şou xətrinə demirəm, xanımımın hər nazını çəkirəm. Bundan da heç utanmıram, evdə arvadımın sözü keçir. Bizim evdə də belə idi. Atam çox xoşbəxtdir, həmişə rahatdır! Əminliklə ifadə edirəm ki, həyat yoldaşım xoşbəxtdirsə, mən də xoşbəxt olaram. Rahatlıq üçün bütün kişilərə “xanımcılığı” tövsiyə edirəm”. (publika.az)

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp