Məhəmməd Əmin Rəsulzadənin unikal FOTOsu



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Gürcüstanın Milli Parlament Kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin unikal fotosu qorunur.

Milli.Az APA-ya istinadən xəbər verir ki, M. Ə. Rəsulzadənin gənclik şəklinin əks olunduğu fotoaçıqca barədə məlumatda onun lentə alınma tarixinin məlum olmadığı qeyd olunub. Açıqcanın arxa tərəfində “Tatar “İqbal” qəzetinin redaktoru Məmməd Əmin Rəsulzadə” yazılıb.

Fotoaçıqcanın yer aldığı unikal kolleksiyanı tarix və dokumentalistika ilə maraqlanan Luarsab Toqonidze 2009-cu ildə Gürcüstanın Milli Parlament Kitabxanasına təqdim edib.

M. Ə. Rəsulzadənin fotoaçıqcasının da yer aldığı kolleksiyaya ümumilikdə 2 min fotoşəkil daxildir. Bu sənədlər müxtəlif vaxtlarda müxtəlif insanlardan əldə olunub.

Gürcü yazıçılar, elm və ictimai xadimlər, incəsənət adamlarının fotoşəkillərinin olduğu bu kolleksiya Gürcüstanın XIX-XX əsr ictimai tarixinin qiymətli mənbəyi hesab olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp