“İndi hamı futbol oynaya bilir”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milli komandamızın futbolçusu Qara Qarayev Moldova ilə oyundan sonra sualları cavablandırıb.

– Oyun haqqında nə deyə bilərsiz?

– Qələbə də istəyirdik, amma bundan daha çox hədəf yeni sistemi sınamaq idi. Sözsüz ki, çatışmayan cəhətlərimiz də oldu bununla belə, yaxşı müdafiə olunduq, top saxlaya bildik. Düşünürəm ki, hələ vaxt var, zaman keçdikcə daha yaxşı komandaya çevriləcəyik.

– Sanki bir az həyəcanlı idiniz…

– Uzun müddət idi ki, millinin formasını geyinmirdik. Bir müddətlik aradan sonra ilk dəfə milli komanda ilə oyuna çıxırdıq. Sözsüz ki, bu da hansısa bir 10-15 dəqiqəlik narahatlıq verir. Amma sonradan hər şey qaydasında oldu.

– Moldova gözlədiyinizdən daha güclü idi?

– Bu komandanı hamı zəif sayırdı. Düşünürəm ki, indi hər kəs futbol oynaya və müdafiə oluna bilər. Moldova bizim üçün yaxşı sınaq oldu.

– Sentyabra qədər qalan 6 ay bəs edər komandanın komplektləşməsi üçün?

– Çempionat başlayandan sonra da futbolçular öz formasını bərpa edəcək. Bu da bizə çox kömək olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp