“İlk qolu vurduğum anı heç zaman unutmayacağam”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Səbail”in “10 sual” rubrikasının növbəti qonağı yarımmüdafiəçi Murtuz Abakarov olub.

Milli.Az goal.az-a istinadən onun suallara verdiyi cavabları təqdim edir. 

– Futbola gəlişiniz necə oldu?

– Uşaqlıqda məşqul olduğum müxtəlif idman növləri olub, ancaq məhz futbol ruhuma daha yaxın gəldi. Bu səviyyəyə çatacağımı heç vaxt düşünməzdim.

– Karyeranızda əsas oyun və ya ən yaddaqalan epizod?

– Yadda qalan çox matçım olum, ancaq ilk qolu vurduğum anı heç zaman unutmayacağam.

– Futbolda kumiriniz?

– Raul Gonzalez uşaqlıqdan indiyədək kumirimdir

– Hobbi və maraqlarınız?

– Dostlarımla müxtəlif kompüter və Playstation oyunları oynamaq.

– Ən sevdiyiniz film, musiqi, kitab?

– Sevdiyim filmlər çoxdur, ancaq “Law Abiding Citizen” ən sevdiyim filmdir.

– Həyatınızın əsas qaydası.

– Həyatda hər bir vəziyyətdə insanlığı itirməməkdir.

– İnsanlarda ən çox nəyə dəyər verirsiniz?

– İlk öncə insanların sadəliyini, əliaçıqlığını və təmizliyini dəyərləndirirəm

– Karyeranızda əsas məqsədiniz?

– Mümkün qədər çox zirvələrə çatmaq.

– Gənc futbolçulara məsləhətiniz?

– İlk öncə, heç vaxt təslim olmamaq. Maneəsiz və məğlubiyyətsiz nə qələbə olmur, nə də nəticə. Heç vaxt heç bir problem qarşısında dayanmayın. Futbol ciddi oyundur və zəif xasiyyəti olanları sevmir.

– Azarkeşlərinizə müraciətiniz?

– Matçlara gəlin, bizə dəstək olun. Sizin dəstəyiniz istənilən rəqibimizin qarşısında özümüzə güvənimizi artırır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp