Facebook-dan MÜHÜM YENİLİK



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Dünyada 2 milyarddan çox istifadəçisi olan Facebook ilk dəfə proqramın gizlilik prinsiplərini yayımlayacaq.

Milli.Az xəbər verir ki, şirkət müştəriyə aid məlumatların necə istifadə edildiyinə dair bilgiləndirmə kampaniyasına start verib.

Şirkət istifadəçilərin gizlilik sisteminin necə işləməsini anlaması və bilgilərini qoruya bilməsi üçün təlim məsqədli videolar yayımlamağa hazırlaşır. Videolarda Facebook-un reklamları göstərə bilmək üçün bilgiləri necə istifadə etdiyi, keçmiş mesajların necə silinə biləcəyi və silinən hesablardakı məlumatlara sonradan nə olduğuna dair informasiyalar yer alacaq.

Şirkətin bu bilgiləri verməkdə məqsədi Facebook-un 25 may tarixində qüvvəyə minəcək Avropa İttifaqının yeni məlumat qorumaq qanunua öncə hazır olmaq istəyidir.

Facebook-un təhlükəsizlik işlərindən cavabdeh olan Erin Eqan yeni layihə barədə açıqlama verib.

“İnsanların Facebook-dan münasibət qurmaq üçün istifadə etdiyini bilirik. Ancaq hər kəs hər şeyi biz daxil, hər kəslə paylaşmaq istəmir. Bilgilərinizin necə istifadə edildiyi mövzusunda seçimlərin olması önəmlidir”, – deyə Eqan bildirib. (publika.az)

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp