Çörəyin xarab olmasını istəmirsinizsə, belə saxlayın



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Çörəklə bağlı hazırda israfçılığa çox yer veririk. Hətta ən acınacaqlısı budur ki, zibil qablarının yanında yığın-yığın kiflənmiş çörəklərə rast gəlirik. Bəs çörəyin kiflənməməsi və əbəs yerə zibilə atılmasının qarşısını necə almaq olar? Milli.Az ailem.az-a istinadən bununla bağlı faydalı məlumatlar verir.

Əgər çörəyi çox almısınızsa, yeyə biləcəyiniz qədəri ayırıb qalan hissəsini soyuducuda saxlaya bilərsiniz. Soyuducuda saxladığınız çörəyi istifadə edən zaman sobada isidərək, təzə kimi olmasını təmin edə bilərsiniz.

Çörəyinizin xarab olmasını istəmirsinizsə, saxladığınız qabın içinə bir az duz səpin. Bu üsulla çörəklər kiflənməyəcək.

Çörəkləri daha uzun müddət saxlamaq istəyirsinizsə, onları dilimləyərək saxlamalısınız. Çünki dilimlənən çörəklər təzəliyini daha uzun müddət qoruyur, çox tez boyatlamır.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp