Budapeştin görməli yerləri yenə populyardır



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Avropa İttifaqının Statistika İdarəsinin (Avrostat) məlumatına görə, Macarıstan paytaxtında yerləşən və UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş obyektlər Praqa və ya Varşavada yerləşən oxşar obyektlərlə müqayisədə müsafirlər arasında daha populyardır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Avrostat iri eksperimental pilot layihəsi çərçivəsində bütün dünyada UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş 1000-ə yaxın obyekt barəsində Vikipediyada 31 dildə yazılmış məqalələrə baxış saylarını təhlil edib. Bu yaxınlarda həmin təhlilin nəticələri elan olunub. Obyektlərin populyarlıq göstəricisi kimi müvafiq səhifələrə baxışların ümumi sayı qəbul edilib. Budapeştdəki dünya irsi obyektləri sayəsində Macarıstan paytaxtı Avropa İttifaqındakı görməli yerlərin siyahısında beşinci yeri tutub. Beləliklə, Macarıstan Praqanın və Varşavanın tarixi mərkəzlərini qabaqlayıb (həmin şəhərlər bu göstərici üzrə, müvafiq sürətdə 6-cı və 9-cu yerləri tutublar).

Aİ-nin dünya irsi obyektlərinin siyahısında birinci yeri Parisdəki Sena çayının sahilləri, ikinci yeri isə Romanın tarixi mərkəzi tutub. Auşvits-Birkenau cəza düşərgəsi 3-cü, Vyananın tarixi mərkəzi isə 4-cü yerdədir.

Budapeştdə dünya irsi siyahısına daxil edilmiş iki obyekt var: bunlardan biri Dunay çayının sahilləri və Buda qəsrinin yerləşdiyi rayon, digəri – Andraşi prospekti (Andrassy ut) və Budapeşt metropoliteninin dörd xəttindən ən qədimi olan sarı metro xəttidir (M1).

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp