Bu il 7-8 min şəxs dövlət dəstəyi ilə biznes quracaq



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Videoda gördüyünüz şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən həyata keçirilən özünəməşğulluq proqramı çərçivəsində dövlətin dəstəyi ilə öz bizneslərini quran şəxslərdir. Milli.Az bildirir ki, ötən il 1233 şəxs dövlət tərəfindən ona verilən vəsaitlə şəxsi bizneslərini qurub və işsizlikdən birdəfəlik azad olublar. Bu il isə aztəminatlı ailələrin gəlirlərinin artırılmasına hesablanan məşğulluq proqramı 7-8 min nəfəri əhatə edəcək. 

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin Məşğulluq siyasəti və Demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov bildirir ki, özünəməşğulluq proqramına daxil olacaq şəxslərin sayı bu il 7 dəfə artırılıb.

Ən vacib məqamlardan biri isə bu proqrama daxil edilən şəxslərin necə seçilməsidir. Bunun üçün vətəndaşlar Məşğulluq Mərkəzlərində işsiz kimi qeydiyyatda olmalıdırlar. Onların da arasından ən həssas qrupa daxil olanlara daha çox üstünlük verilir.

Onu da qeyd edək ki, özünəməşğulluq proqramına daxil ediləcək şəxslərin maliyyələşdirilməsi üçün bu il dövlət büdcəsində 36 milyon manat vəsait nəzərdə tutulub. Bu proqrama daxil edilən şəxslərə öz biznesini qurmaq üçün ən az 4 min manat miqdarında təmənnasız yardım ayrılır və bununla da işsiz ailələr, həm iş, həm də biznes sahibi olurlar. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bu il 7-8 min şəxs dövlət dəstəyi ilə biznes quracaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp