Bakıda sərnişin ödəniş tələb edən sürücünü söyüb döymək istədi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bakıda sərnişin ondan gedişə görə ödəniş edilməsini istəyən avtobus sürücüsünü söyüb və döymək üçün onun üstünə şığıyıb. 

Milli.Az xəbər verir ki, hadisə 30.01.2018-ci il, saat 18:48 radələrində “BakuBus”a məxsus 90JH-110 dövlət qeydiyat nişanlı 175 saylı marşrut avtobusunun sonuncu, Səməd Vurğun bağı dayanacağında baş verib.

Sərnişin qaydaları pozaraq ödəniş etmədən avtobusa daxil olur və sürücü mikrofonla sərnişinə xəbərdarlıq edir. Bundan sonra qəzəblənən sərnişin ictimai yerdə yaşlı sürücünü nalayiq sözlərlə təhqir etməyə başlayır və onun üzərinə gəlir. Ətrafdakı sərnişinlər müdaxilə etdikdən sonra sərnişin yenə ödəniş etmədən geri qayıdır və sürücü bununla bağlı yaxınlıqdakı xətt dispetçerini dəvət etmək üçün avtobusu tərk edir. Bundan sonra hadisə yerinə polis əməkdaşları dəvət olunur və bunu görən həmin sərnişin dərhal tələsik şəkildə avtobusu tərk edir.

Baş verən hadisə avtobusun müahidə-nəzarət kameraları vasitəsilə qeydə alınıb.

“BakuBus” MMC-dən Milli.Az-a bildiriblər ki, hadisə ilə bağlı videogörüntülər öz hüquqi qiymətini alması üçün aidiyyatı üzrə təqdim olunacaqdır.

Məsələ ilə bağlı “Bakubus” MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev Milli.Az vasitəsilə sərnişinlərə müracitə edib: “Biz, “BakuBus” olaraq bu cür sərnişinlərimizi bir daha ictimai nəqliyyatdan istifadə edərkən qaydalara əməl etməyə dəvət edirik. Nəzərə almaq lazımdır ki, bu kimi qaydalara zidd hərəkətlər sükan arxasında əyləşən, onlarla sərnişinin həyatı üçün məsuliyyət daşıyan sürücülərin psixoloji vəziyyətinə mənfi təsir etməklə yanaşı, təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsinə də ciddi maneə yaradır”.

İlkin İzzət

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda sərnişin ödəniş tələb edən sürücünü söyüb döymək istədi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp