Bakıda inanılmaz dükan: Nə alsan, 1 manata…



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Plastik boşqab və stəkanlar. Kosmetikalar, köynəklər və daha nələr. Bu mağazadan nə alırsan al, 1 manatadır. Bakıda ucuz qiymətə satış həyata keçirən mağazalar var. İstədiyiniz əşyanı ən baha 3 manata ala bilərsiniz. Bəzi mağazalar isə vahid qiymət tətbiq ediblər. Məsələn burada nə almağınızdan asılı olmayaraq 1 manat ödəməli olacaqsınız.

Milli.Az bildirir ki, satıcının sözlərinə görə, mağazaya müraciət edənlərin sayı hər ötən gün bir az da artır. Qiyməti isə bilərəkdən 1 manat təyin ediblər. Onun sözlərinə görə ayda bir bahalı mal satmaqdansa ucuz qiymət qoyub satırlar. Sual yaranır bu qabların, kosmetik vasitələrin, yuyucu tozların maya dəyəri nə qədərdir ki, onlar bir manata satılır? Bu zaman keyfiyyət məsələsi ortaya çıxır.

Satıcı əşyaların Çin malı olmadığını desə də heç birinin üzərində yarlıq görmədik. Elə alıcılar da qiymətə aldanıb gəldiklərini, məhsulun keyfiyyətindən xəbərsiz olduqlarını deyirlər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda inanılmaz dükan: Nə alsan, 1 manata...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp