Bakıda 16 yaşlı gənc bıçaqlanıb
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda, Dəmiryol Vağzalı ərazisində qeydə alınıb.
Belə ki, 16 yaşlı Mahmudov Tərlan Asim oğlu vağzalda tanımadığı şəxslərlə mübahisə edib. Mübahisə zamanı o, bıçaq xəsarəti alıb.
Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.
Milli.Az