Azərbaycan Dövlət Musiqili Teatrının aktyorları mükafata layiq görüldü



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bu yaxınlarda Zirvə Ziyalılar Təşkilatının yaranmasının 26-cı ildönümü münasibəti ilə keçirilən “Azerbaijan Best Awards” (ABA) mərasimində 2017-ci ildə  yaradıcılıq fəaliyyətləri ilə fərqlənən incəsənət, şou-biznes və müxtəlif sahələrin nümayəndələrinə mükafatlar təqdim olunmuşdur.

Qurumun mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, bu tədbirdə  Musiqili Teatrın iki aktyoru – sevimli gülüş ustası, Əməkdar artist Çingiz Əhmədov “Ən yaxşı aktyor”,  gənc olmasına baxmayaraq kifayət qədər tanınan Nicat Əli “İlin ən populyar televiziya  serialı” nominasiyaları üzrə mükafatlara layiq görülüblər.

Sevimli aktyor Çingiz Əhmədov belə bir mötəbər mərasimində onun əməyinə verilən qiymətə görə layihənin rəhbərliyinə  dərin minnətdarlığını bildirib.

Gənc və istedadlı aktyor Əli Nicat da  sevincini gizlətməyib: “İstər teatrda, istərsə də kinoda əməyimizə verilən qiymət bizi yaradıcılığa daha da ruhlandırır. Çalışacağam ki, bundan sonra da uğurlarımız çox olsun”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp