Ay tutulması başa çatdı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bu gün saat 15:48:27-dən başlayan Ay tutulması hadisəsi artıq başa çatıb.

Milli.Az bildirir ki, bu astronomik hadisə ilə bağlı özəl olaraq Trend-ə açıqlama verən AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikaylov bildirb ki, bu, ilin ilk Ay tutulmasıdır.

X.Mikayılov əlavə edib ki, Azərbaycanda Ay tutulması hadisəsinin əvvəlini müşahidə etmək mümkün olmayıb: “Azərbaycandan Ay tutulması hadisəsini yalnız Ayın səthi açılmağa doğru gedərkən müşahidə etmək mümkün olub”.

X.Mikayılov əlavə edib ki, bu gün Ay tutulması saat 15:48:27-də, tam tutulma isə 16:51:47-də başlayıb, maksimum tutulma 17:29:51-də qeydə alınıb. Tam tutulmanın sonu 18:07:51-də olub. Tutulma 19:11:11-də başa çatıb.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp